Azərbaycanda zəlzələ oldu

Azərbaycanın cənub bölgəsində zəlzələ olub.

Report-un verdiyi xəbərə görə, yeraltı təkanlar Lənkəran, Masallı və digər rayonlarda hiss olunub.

Zəlzələ qısa müddət davam edib.

Saat 17.45 radələrində baş verən təkanlar əsasən hündürmərtəbəli binalarda hiss olunub.