19 yaşlı qızı öldürən sevgilisi: "Gördüm yaşayır, bıçaqla düz ürəyindən vurdum"

Türkiyənin İsparta vilayətində sevgilisi tərəfindən öldürülən tələbə Güleda Cankelin (19) qətlinin qan donduran detalları ortaya çıxıb.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, polislər tərəfindən saxlanılan Zafer P. (19) ifadəsi zamanı qətli necə törətdiyini etiraf edib.

Zafer P. Güleda Cankeli saat 11.00 radələrində öldürdüyünü deyib: "Boğazından tutub, yatağa uzatdım. Xırıldamağa başladı, səsi kəsildi. Yerdə şunur var idi, götürüb boğazına dolayıb sıxdım. Ürəyini yoxladım, yaşadığını görüncə mətbəxə qaçıb bıçağı götürdüm. Düz ürəyindən vurdum. Yarım saat sonra evdən çıxaraq anama zəng etdim. Cinayət törətdiyimi bildirdim. Sonra polis şöbəsinin yanına gedib, yarım saat gözlədim. Bu vaxta atam başda olmaqla digər qohumlarıma da zəng etdim. Mənə təslim olmağımı söylədilər. Mən də polis bölməsinə gəldim".