"İlk görüşdə dedi ki, səninlə evlənəcəm" - Məşhur cütlük tanışlıqlarından danışdı

"İlk görüşdə dedi ki, səninlə evlənəcəm" - məşhur cütlük tanışlıqlarından danışdı

Bu gün "Hə rşey daxil" proqramının qonaqları yenicə nişanlanan aktrisa Asya Atakişiyeva və həmkarı Əmrah Dadaşov olub.

Cütlük tanış olmalarından danışıb: "Elə ilk görüşdə dedi ki, səninlə evlənəcəm. Görüşümüz dostumuz Zaurun sayəsində baş tutdu. Sonra Zaur oldu yalan, biz isə gerçək... 1 ildir bir-birimizi tanıyırıq".

Qeyd edək ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək “Həyat sən nə qəribəsən”, “Qayınana”, “Ata ocağı” kimi seriallarda rol alıb. Ə.Dadaşov isə Akademik Musiqili Teatrın aktyorudur. İndiyədək obrazlarına görə, müxtəlif mükafatların sahibi olub.