BDU ilkə imza atır: Aztəminatlı tələbələrə yardım ediləcək

Bakı Dövlət Universitetində təhsil alan aztəminatlı ailələrdən olan və valideynini itirmiş tələbələrə dəstək layihəsi çərçivəsində gündəlik, biri 3 manat dəyərində yemək kuponu pulsuz olaraq veriləcək. 

Bu barədə təhsil eksperti Kamran Əsədov öz Feysbuk profilində yazıb. 

O bildirib ki, BDU-nun rektoru Elçin Babayev bununla bağlı müvafiq göstəriş verib.   Qərar noyabrın birindən etibarən icra olunur.