Meksikada güclü zəlzələ oldu

Meksikanın Çyapas ştatında 6.3 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yyıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla 04:27-də Puerto-Madero yaşayış məntəqəsinin 11 kilometrliyində, yerin 60 kilometr dərinliyində qeydə alınıb.

Meksika Milli Seysmologiya Xidməti isə zəlzələnin 6.4 bal gücündə olduğunu bildirib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.