Meksikada 52 çantadan 25 nəfərin meyiti tapıldı

Meksikanın Jalisko əyalətinin Tlajomulko kəndində yerləşən fermada 52 çantada beşi qadın olmaqla 25 nəfərin meyiti tapılıb.

Oxu.Az xəbər verir ki, əyalətin hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, cinayət narko-kartel şəbəkəsi tərəfindən törədilib.

Altı meyitin ailələri tərəfindən tanındığı, digər qurbanların da şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində işlərin aparıldığı qeyd olunur.  

Meksikada 2006-cı ildən narko-kartellərə qarşı aparılan əməliyyatlarda 300 min insan həyatını itirib.