Yaşayış icazəsi olmayan azərbaycanlının biletini alıb vətənə göndərdilər

Rusiyada qanunsuz yaşayan azərbaycanlı vətənə geri qaytarılıb.

Oxu.Az xəbər verir ki, 56 yaşlı Azərbaycan vətəndaşı 2018-ci ildən qanunsuz olaraq Rusiya ərazisində yaşayıb.

O, maddi imkanı olmadığı üçün vətənə qayıda bilməyib.

Ulyanovski əyalət məhkəməsinin qərarına görə, onun Azərbaycana dönüş bileti alınaraq, məhkəmə nəzarətçilərinin müşayiəti ilə Şermetevo hava limanına yola salınıb.