Bakıda itkin düşən qız Rusiyada tapıldı

Ötən ay Bakıda itkin düşən 21 yaşlı qız tapılıb.

Oxu.Az xəbər verir ki, oktyabrın 27-də Sabunçu rayonu ərazisində itkin düşən 1998-ci il təvəllüdlü Hümbətova Elnarə tapılıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, yaşadığı evdən xalasıgilə getmək adı ilə çıxan E.Hümbətova Rusiya Federasiyasına gedib. 

Əldə edilən məlumatlar əsasında araşdırmalar davam etdirilir.