Məktəblilərin tətili bitdi: Sabahdan dərslər başlayır

Bu gün Azərbaycanın orta məktəblərində payız tətili başa çatır.

2019-2020-ci tədris ilinin 5 günlük tətili 16-20 noyabr tarixlərini əhatə edib. Sabahdan, noyabrın 21-də dərslər başlayacaq.

Qeyd edək ki, tədris ilinin 5 günlük qış tətili 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.