Ana azyaşlı uşaqlarını qapısı bağlı evdə iki gün ac-susuz saxladı

Rusiyada ana dörd övladını iki gün qapısı bağlı evdə ac-susuz qoyub.

Yakutiyada 29 yaşlı qadın kiçiyi 10 aylıq, böyüyü yeddi yaşlı olan dörd övladını qapısı bağlı evdə qoyub gedib.  Halsız vəziyyətdə olan uşaqları iki gün sonra, nəzarət zamanı polis müfəttişi aşkar edib.

Ren TV-nin məlumatına görə, ana üç gün sonra sərxoş vəziyyətdə tanışının evində tapılıb. Ona qarşı cinayət işi açılıb.

Uşaqlardan ən kiçiyi xəstəxanada həkim nəzarətindədir. Digər üç azyaşlı isə uşaq evinə verilib.