"Paşinyanı sülhə yalnız güc yolu ilə məcbur etmək lazımdır"

“Nikol Paşinyan hakimiyyətə yeni gəldiyi dövrlərdə ölkəsinin vəziyyətinə realist mövqedən yanaşa bilmirdi. Moskvanın təsirindən uzaqlaşıb qərbyönümlü siyasət aparmağa çalışırdı”. 

Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib. 

Analitik bildirib ki, Paşinyanın ilkin dövrdə atdığı addımlar erməni baş nazirin rəhbərlik etdiyi hökumətlə müəyyən  kompromisə getməyin mümkünlüyü barədə ümidlər yaratmışdı: 

“Ancaq Paşinyan qısa müddətdə Moskvanın da üstü örtülü təzyiqləri ilə sələflərindən fərqlənməyəcəyini göstərdi. Paşinyan bu gün öz düşündüyünü deyil, erməni xalqının və Kremlin istəklərini dilə gətirməyə məcburdur. Çünki hakimiyyətini yalnız bu yolla saxlaya bilər. Paşinyanı və erməni xalqını sülhə yalnız güc yolu ilə məcbur etmək lazımdır. Onlar ancaq bu dildən anlayırlar”.