Aqşin Yeniseyin səhhəti normaldır: "Deyəsən yaxşı oluram"

Türkiyədə yaşayan, bu günlərdə isə Bakıda olan şair Aqşin Yeniseyin xəstəxanaya yerləşdirilməsi haqqında xəbər yayıldı. Məlumata görə, şair mədə qanaxması diaqnozu ilə ciddi həkim nəzarətinə alınıb.

Şair Sherg.az-a deyib ki, artıq evə buraxılıb:

"Bakıda xəstəxanada müayinələrdən keçdim. Hazırda səhhətim normal olsa da bir az halsızam. Normallaşıram, deyəsən yaxşı oluram".

Qeyd edək ki, Yenisey bir neçə il öncə qara ciyər serrozuna yoluxmuşdu. O, müalicə alaraq sağaldı. Şair uzun müddətdir ki, ailəsi ilə Türkiyədə yaşayır.