Prezident əhalinin problemini yerində dinləyir: "Bu, məmurlara da bir mesajdır"

“Cənab Prezidentin mütəmadi olaraq insanlarla görüşməsi və onların problemini yerindəcə həll etməsi məmurlara və icra başçılarına nümunə və bir mesajdır”

Bunu Sherg.az-a açıqlamasında AVCİYA-nın eksperti, tarixçi-alim Məhərrəm Zülfüqarlı deyib. 

Ekspert bildirib ki, yerli icra hakimiyyətlərinin başçıları və dövlət məmurları vətəndaşın problemlərini vaxtında həll etməlidir ki, insanlar Prezidentə üz tutmaq məcburiyyətində qalmasınlar: 

“Məmurlar dövlət başçısı tərəfindən aparılan islahatlara dəstək verməlidilər. Xüsusən, yerli icra orqanları daha aktiv fəaliyyət göstərməli, əhalini narazı salmamalıdırlar. Əks halda yarıtmaz fəaliyyət göstərən bütün məmurlar işdən azad olunacaq və yeni gənc kadrlarla əvəzlənəcək. Prezidentin bir neçə icra başçısını qəbul edərkən onlara verdiyi təlimatlar və tapşırıqlar digər bütün başçılar üçün mesaj olmalıdır. İcra hakimiyyətlərinin rəhbərləri yerlərdə özlərini “mütləq hakim” kimi görməməlidir”.