Mikroavtobus piyadanı vurub öldürdü

Zaqatala rayonunun Maqov kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 19-da saat 18 radələrində Zaqatala rayonunun Maqov kəndi ərazisində şəhər sakini T.Qurbanov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Abaylı kənd sakini Zaur Kostiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.