Senator: "ABŞ Şimal Axını-2-nin qarşısını almalıdır"

ABŞ-ın sanksiyaları Şimal Axını-2 kəmərinin istismara verilməsinin qarşısını almaq gücündədir.

Bunu ABŞ-ın Respublikaçılar Partiyasından olan senator Ted Kruz deyib.

O, boru kəmərinin Rusiyaya milyardlarla dollar xeyir, Avropa ölkələrinə isə zərər verəcəyini bildirib:

“O, bütün Avropaya zərər vuraraq regionu Rusiya enerjisindən daha da asılı edəcək. Məncə, ən yaxşısı enerjini şantaj vasitəsi kimi istifadə etməyəcək mənbələrdən almaqdır. Əgər Avropa ABŞ-dan qaz alsa, bu, amerikalılar üçün yeni iş yerlərinin yaradılmasına da kömək edəcək”, – deyə o bildirib.

Bu problemin həlli üçün Kruz Ağ Evin CAATSA qanunu çərçivəsində sanksiyalar tətbiqini təklif edib.

Qeyd edək ki, CAATSA qanunu 2017-ci ildə qəbul edilib. Qanuna əsasən, Rusiya hərbi sənaye komplekslərinə sanksiyalar tətbiq edilib.