Bakıda qızın 1200 manatlıq qulaqlığı oğurlandı

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Report-un xəbərinə görə, hadisə noyabrın 19-da paytaxtın Nəsimi rayon M.Cəfərov küçəsində qeydə alınıb.

Belə ki, saat 18:00 radələrində naməlum şəxs Bakı şəhər sakini H.Mehdiyevadan 1200 manat dəyərində 2 ədəd qulaqlığı soyğunçuluq yolu ilə ələ keçirib.

Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1995-ci il təvəllüdlü Z.Balayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.