“Putinin arvadıyam” deyib Kremlə girmək istədi - SAXLANILDI

Moskvada Ukrayna vətəndaşı olan qadın Kremlə girmək istəyərkən saxlanılıb. 

“Moskovskiy komsomolets” xəbər verir ki, 36 yaşlı qadın qışıqıraraq Rusiya Prezidenti Vladimir Putinin arvadı olduğunu və onu görmək istədiyini bildirib. 

Qadın Rusiya Federal Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib. Şizofreniyadan əziyyət çəkdiyi ehtimal olunan qadın psixatriya xəstəxanasına göndərilib.