Prezident Zakir Fərəcovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Sumqayıt şəhərinin İcra başçısı Zakir Fərərəcovla bağlı sərəncam imzalayıb. 

Sərəncamda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.