Matviyenkodan Azərbaycan və Ermənistana çağırış: "Təmkinli olun"

"Dağlıq Qarabağ münaqişəsinin tərəfləri məsələni həll etməyin səmərəli yolunu tapmaq üçün təmkinli olmalıdırlar".

Vurtualaz.org bildirir ki, bunu Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının tədbirləri çərçivəsində Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşü zamanı Rusiya Federasiya Şurasının sədri xanım Valentina Matviyenko deyib.

O, ATƏT xəttilə fəaliyyət göstərərək münaqişənin həllinə dəstək verdiklərini qeyd edib: “Hazırda regionda sakitlikdir, amma Dağlıq Qarabağ məsələsinin həlli yolunun tapılması üçün əlverişli ab-hava yaratmaqla uyuşmayan bəyanatlar bizi narahat edir. Fikrimcə, güzəştə nail olaraq irəliləmək üçün daha təmkinli olmaq lazımdır. Çünki Ermənistanda da, Azərbaycanda da insanlar inkişaf üçün sülh və normal həyat istəyirlər. Səmərəli vasitəçilik üçün əlimizdən gələni edəcəyik”.

A.Mirzoyan isə vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük əhəmiyyət verir və Rusiyanın vasitəçi roluna görə minnətdardır.