Azər Həsrət: "Mehriban xanımın Rusiyaya səfəri diqqətçəkən məqamlarla zəngin oldu"

Birinci Vitse-Prezident Mehriban xanımın Rusiya səfəri çox uğurlu səfər kimi yaddaşlara və tarixə yazıldı. Biz ondan hər zaman yüksək performans gözləmişik və bu gözləntilərimiz bizi heç vaxt yanıltmayıb”.

Bu sözləri Sherg.az-a açıqlamasında siyasi şərhçi  Azər Həsrət deyib.

Analitik bildirib ki, Rusiya kimi güclü bir dövlətin Azərbaycanın Birinci Vitse-Prezidentinə göstərdiyi diqqət olduqca sevindiricidir:

“Mehriban xanımın şəxsiyyəti, siyasətdəki rolu, cəmiyyət içindəki mövqeyi onun həm də beynəlxalq səviyyədə diqqət görməsinə səbəb olur. Yəni, təkcə Azərbaycan və ona yaxın olan qonşu dövlətlərdə deyil, dünyanın ən aparıcı dövlətlərində Mehriban xanıma böyük diqqət var. Onun Rusiyadan öncə Fransaya rəsmi səfəri olmuşdu. Bu səfər yaxşı mənada çox böyük səs-küy gətirən səfər idi. Bundan sonra Fransada Qarabağdakı bölücülərlə bağlı müəyyən hərkətlənmələr baş verdi. Çünki Fransada müəyyən dairələr Qarabağdakı bölücülərlə və işğalçı Ermənistanla çox yaxın münasibətdə idilər. Məhz Mehriban xanımın Fransaya səfəri onların münasibətlərinə də ciddi zərbələr vurdu. 

Rusiya bizim yaxın qonşumuzdur, Azərbaycanın strateji tərəfaşıdır. Təbii ki, bu ölkə ilə münasibətlər daim yüksək səviyyədə tutulmalıdır ki, Azərbaycan həm özünün, həm də bütövlükdə regionun maraqlarını təmin edə bilsin. Bu baxımdan hörmətli Mehriban xanımın səfəri təqdirəlayiqdir və xüsusi olaraq diqqətimizi çəkən məqamlarla zəngindir. Rusiya Prezidentinin göstərdiyi diqqət də təqdir olunmalıdır. Bütün bunlar Azərbaycan vətəndaşı olaraq məni çox sevindirir. Yəni, bu xanım mənim dövlətimin Birinci Vitse-Prezidentidir. Rusiyada isə dünyanın qlobal güclərindən biridir. Həmin qlobal gücün Birinci Vitse-Prezidentimizə bu qədər yüksək səviyyədə diqqətlə yanaşması, onun şəxsinə sayğı durması qürurvericidir”.