NATO və Rusiya generalı Bakıda görüşdü

Bu gün Bakıda NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piçlə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Avropa təhlükəsizliyi sahəsində vəziyyət, Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması üzrə tədbirlər, o cümlədən hərbi ekspertlərin dialoqunun bərpa olunması məsələsi müzakirə olunub.

Onlar həmçinin böhran regionlarında vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, bu, V.Gerasimovla iyun ayında NATO Hərbi Komitəsinin sədri vəzifəsinə təyin olunan S.Piç arasında ilk görüşdür. Bunadək onlar yalnız telefon danışıqları keçiriblər.

Onu da qeyd edək ki, Rusiya və NATO rəsmiləri danışıqlardan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüblər.