ABŞ Konqresinin binası təcili təxliyyə edildi: Prezident iqamətgahı nəzarətə götürülüb

Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığından hava məkanının pozulması ehtimalı barədə məlumat daxil olduqdan sonra ABŞ Konqresinin binasındakı hər kəs təxliyyə edilib, həmçinin, prezidentin Vaşinqtondakı iqamətgahının ərazisi nəzarətə götürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.

“ABŞ Sahil Mühafizəsinin helikopterləri araşdırma aparmaq üçün hadisə yerinə göndərilib. Helikopterlər müdaxilə tələb edəcək heç bir təhdid aşkarlamayıb. Bu isə hüquq-mühafizə orqanlarını ərazidə mümkün pilotsuz uçuş aparatının axtarışına başlamağa vadar edib”, – komandanlıqdan bildirilib.

İlkin məlumatlara görə, radarların ekranında hava məkanına icazəsiz daxil olan təyyarə peyda olub. Nəticədə, Ağ Ev və Konqres binaları qısa müddətə bağlanıb.