Elektron siqaretə keçənlərin NƏZƏRİNƏ: Ürək-damar sisteminin işini...

Məlumdur ki, artıq dünyada tütün əleyhinə «siqaret öldürür» başlığı altında bir kampaniya başladılıb. Bəs bundan necə xilas olaq ? Əlbəttə müxtəlif variantlar var. O versiyalardan   bir də eklektron siqaretlərdən istifadədir. Elektron siqaretlər təhlükəli deyilmi?  «Sherg.az» «sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, ekpertlər bu sualın cavabını tapıblar.

Onlar qeyd edirlər ki, elektron siqaretlər tütün məhsullarından dəfələrlə ziyansızdır. Mütəxəssislər “Journal of the American College of Cardiology” elmi jurnalında bununla bağlı bir məqalə dərc ediblər. Məqalədə qeyd olunur ki, elektron siqaretlər hətta ürək-damar sisteminin yaxşılaşmasına səbəb ola bilər. 
Əlbəttə , əvvəllər elektron siqaretlərin ürək-damar sisteminə mənfi təsirləri ilə bağlı müəyyən qorxu vardı.

Məhz ona görə də, «Queen Mary de Londres » universitetinin professoru Peter Hajek və bir neçə mütəxəssis bu işi araşdımağa başlayıblar. Onlar klassik siqaretlə elekton siqretin fərqini öyrəniblər. Bunun üçün hər gün ən azı 15 siqaret çəkən 114 nəfər arasında 2 il müddətinə ciddi təcrübələr aparıblar. 

Həmin 115 nəfəri 3 qrupa-tütün çəkənlər, nikotinli elekton siqaret çəkənlər və nikotinsiz elekton siqaret çəkənlərə bölünüblər. Onlar ürək-damar sistemindəki dəyişiklikləri bilmək üçün analizlər veriblər.
Məlum olub ki, nikotinsiz elektron siqaretdən istifadə edənlərin ürək-damar sistemlərində vəziyyət 1 aydan sonra ciddi şəkildə yaxşılaşıb.