Terror və faşizm: Ermənistanın dövlət siyasətinin əsasında bu ideyalar dayanır

“Ermənistanın dövlət siyasəti terror və bunun sintezi olan faşizm üzərində qurulub”. Bu fikriləri Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitik qeyd edib ki, Ermənistan Cənubi Qafqazda deastiblizasiya adasıdır və yalnız region xalqlarına qarşı fobiyaları var:

“Xüsusilə Azərbaycan və Anadolu türklərinə qarşı ermənilər öz işğalçı və antisemitizm siyasəti həyata keçiriblər. Ermənistan rəhbərliyi bu siyasətə sadiq olaraq qalıb. Bu gün dünyada bəşəri cinayət ideologiyası olan faşizm bütün hallarda qəbul edilmir. Buna baxmayaraq Ermənistan faşizmin əsas daşıyıcı olan Qaregin Ndjeyə Yerevanın mərkəzində abidə qoyub.



Politoloq: "Ermənistan Cənubi Qafqazda deastiblizasiya adasıdır və yalnız region xalqlarına qarşı fobiyaları var"


Təbii ki, faşizm Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir. Hesab edirəm ki, faşist Qaregin Ndjenin adının aydınlaşdırılmasının kökündə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasəti dayanır. Çünki, erməni gəncliyi bundan ilham alıb düşmənçilik ruhunda böyüdülür. Paşinynanın bir müddət bundan əvvəl dediyi “Qaregin türklərə qarşı döyüşüb” ifadəsinin alt qatında bu düşmənçiliyin davam etməsi dayanır. Türkiyə və Azərbaycan bununla bağlı bəşəri cinayəti təbliğ edən Ndjenin abidəsinin sökülməsi ilə bağlı beynəlxalq işə başlamalı, mümkün qədər Ermənistana bu istiqamətdə təzyiqlər edilməsinə nail olmalıdır”.