İraq: 22 ölü, 180 yaralı 


İraqın cənub şəhəri olan Nasiriyadakı münaqişə ocağında  ən azı 22 nümayişçi öldürülüb.


“Sherg.az” “lefigaro.fr”ə istinadən xəbər verir ki, həmin şəhərdə yaralananların sayı 180 nəfərə çatıb. 

Qeyd edək ki, İraqdakı hərəkat  oktyabrın 1-dən etibarən başlayıb. Nümayişçilər İraqda siyasi sisteminin yenidən təşkilini və məhkəmə sisteminin yenilənməsini tələb edirlər. İraq hökuməti həmin nümayişçilərin başında Tehranın durduğunu iddia edir.