Türkiyə sarsılıb: Beş hərbçi şəhid oldu


 Türkiyə bu səhər ard-arda gələn acı xəbərlər ilə sarsılıb. Üç hadisə nəticəsində 5 hərbçi şəhid olub, yaralananlar var.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Hakkaridə yerləşən Davuş Təpə bazasında 2 nəfər hərbçini ildırım vuraraq öldürüb, 13 nəfər hərbçi də yaralanıb.

İkinci acı xəbər isə Şanlıurfanın Akçale rayonundan gəlib. Belə ki, PKK/YPG terror təşkilatı gecə saatlarında polis məntəqəsinə hücum edib. Nəticədə iki hərbçi ölüb, iki əsgər və bir həkim yaralanıb.

Üçüncü acı xəbər isə Şimali İraqdakı "Pəncə əməliyyatı" bölgəsindən gəlib. Burada da bir əsgər ildırım vurması nəticəsində şəhid olub.