Yeni Ombudsman parlamentdə AND İÇDİ

Azərbaycanda yeni seçilən Ombudsmanı Səbinə Əliyeva bu gün Milli Məclisdə and içib. S. Əliyeva bildirib ki, öz vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirəcək:

“Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesinin dəstəkləmnməsi üçün bütün səylərimi əsirgəməyəcəm”,-deyə o bildirib.

Yeni Ombudsman deyib ki, vətəndaşların, əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan, əlillərin və digər zəif qrupların hüquq və azadlıqlarının səmərəli qaydada təmin edilməsi Ombudsman işinin prioritet istiqaməti olaraq qalmaqdadır:

“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində soydaşlarımızın kütləvi şəkildə pozulmuş hüquqlarının müdafiəsi, işğal nəticəsində ölkəmizin tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinə çatdırılması, pozulmuş insan hüququ və azadlılarının bərpası bu işin mühüm tərkib hissələrindəndir”.