Dünya və region dəyişir: Milli Məclisin yenilənməyə ehtiyacı var idi

“Milli Məclisin çoxdan yenilənməyə ehtiyacı var idi”.

Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kamran Sultanlı deyib. 

Ekspert bildirib ki, növbədənkənar parlament seçkiləri hamımız üçün çox önəmli olacaq: 

“Söhbət gənc və ya qocadan getmir, ümumən ağıl və təfəkkür məsələsi də önəmlidir. Ona görə də bu seçkiləri ölkəmizin gələcəyi baxımından əhəmiyyətli hesab edirəm. Növbədənkənar parlament seçkisində aktiv iştirak etmək lazımdır. Əfsuslar olsun ki, bəzən seçkiyə qatılmırıq, amma daha sonra problemlərdən şikayət edirik. Seçkilərə biganə qalmaq olmaz. Çünki parlament bizimdir, bizi təmsil edir. Mən insanları növbəti seçkilərdə aktif iştirak etməyə, dəstəklədikləri namizədə səs verməyə çağırıram. Dünya və region dəyişir. Ölkəmizin müstəqilliyinə və gələcək təhlükəsizliyinə əsla biganə qala bilmərik”.