Siyasi proseslər aktiv fazaya keçir: "Prezident islahatlar inqilabına start verib"

“Ölkədə baş verən siyasi proseslər daha aktiv fazaya keçid almaqdadır”. Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 

Politoloq bildirib ki, proseslər və hadislər o qədər sürətlə inkişaf edir ki, bəzən gözlənilməz qərarların verilməsinin şahidi oluruq: 

"Prezident islahatlar inqilabına start verib. Növbədənkənar parlament seçkilərinin keçirilməsi bir ildən artıqdır ki, gündəmdə olsa da qərarın veriləməsi gecikdirilirdi. Növbəti seçkilərə bir il qalmış parlamentlə bağlı qərar gözlənilməzdir. Deməli, qərarın verilməsi üçün ciddi əsaslar var və bu səbəblər təxirəsalınmaz hərəkət tələb edir. Parlamentin yeni təkibinin daha rəngarəng və müxtəlif spekrtli gənclərdən təşkil olunacağı şübhəsizdir. Eyni zamanda icra hakimiyyətlərinin başçıları da daha savadlı və Avropa təhsili görmüş gənclərdən formalaşacaq”. 



Vasif Əfəndiyev: "Parlamentin yeni təkibinin daha rəngarəng və müxtəlif spekrtli gənclərdən təşkil olunacağı şübhəsizdir"


V.Əfəndiyevin sözlərinə görə, həlli vacib olan məsələlər var idi: 

“Baş verən dəyişikliklərin içərisində referendum keçirilərək bəzi qanunlara yenidən baxılması çoz zəruri idi. Məsələn, proporsional seçki sisteminin bərpası yaxşı olardı. Yeni formalaşacaq parlamentdə konstruktiv müxalifətin təmsilçiliyi o, səviyyədə ola bilər ki, onlar özlərinə fraksiya yarada bilsinlər”.