Novella Cəfəroğlu: "İstərdim ki, yeni Ombudsman vətəndaşların dərdlərini dinləsin"

Azərbaycanda yeni seçilən Ombudsmanı Səbinə Əliyeva bu gün Milli Məclisdə and içib. S. Əliyeva bildirib ki, öz vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirəcək:

“Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesinin dəstəkləmnməsi üçün bütün səylərimi əsirgəməyəcəm

Yeni Ombudsmandan olan gözləntilərlə bağlı Sherg.az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu S.Əliyevaya yeni işində uğurlar diləyib:

“İstərdim ki, Səbinə xanım vətəndaşlarla işləsin, təmas qursun, dərdlərini dinləsin. Köməyə ehtiyacı olanlara diqqət göstərsin. Ombudsman olaraq insanların problemlərini həll eləsin və hüquqlarını müdafiə etsin. Ümumiyyətlə, onun göstərəcəyi fəaliyyətlə bağlı düşüncələrim optimistdir”.