Röya Ayxan deputat olmaq istəmir: Yerimdən razıyam


Xalq artisti Röya Ayxan ötən gün növbəti konsertini verib. Lent.az -ın məlumatına görə, ifaçı konsertindən öncə jurnalistlərin suallarını cavablandırıb. O, "deputat olmaq arzunuz varmı" sualına bu cür cavab verib:


“İstəyərəm ki, Afaq Bəşirqızı orada olsun, Faiq Ağayev, Elza Seyidcahan... Kim istəyir olsun. Mən istəmirəm. Yerimdən razıyam”.


Qeyd edək ki, Xalq artisti Faiq Ağayev, Əməkdar artist Elza Seyidcahan deputat olmaq arzularını dilə gətirmişdilər.