Yunanlar TANAP-ın açılış mərasimini tərk etdi - Səbəb


Ötən gün TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi üçün Türkiyənin Ədirnə vilayətinə gələn Yunanıstan nümayəndə heyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından narahat olaraq, tədbirdən yarımçıq ayrılıb.

Axar.az xəbər verir ki, bu barədə "Birlik" qəzeti yayıb. Məlumata görə, yunan heyətini türk rəsmilər dayandırmağa çalışsa da, onlar qalmayıblar.

Yunanıstanın Ətraf Mühit və Enerji nazirinin müavini Dmitri İkonom tədbiri yarımçıq tərk etməsi barədə mətbuata verdiyi açıqlamasında Ərdoğanın çıxışını Yunanınstan üçün təxribat adlandırıb:

"Qazı Yunanıstan sərhədinə aparacaq kəmərin açılışında idim. Ərdoğan öz çıxışında Kiprdə davam edən qazma işlərinə və Liviya ilə imzalanan sazişlərə toxundu. Bunları deyəndə yunan tərəfinin narazılığını bildirmək üçün tədbirdən ayrılmağı seçdim. Ərdoğan Yunanıstan üçün qazıntı aparan şirkətlərə hücum etdi. Türk rəsmilər tədbiri tərk etməyimə mane olmağa çalışsalar da, qala bilməyəcəyimi söylədim”.

Qeyd edək ki, ötən gün Ədirnədə keçirilən TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində Ərdoğan Liviya ilə imzalanan sazişə görə Yunanıstanın bu ölkəyə təzyiq etdiyini açıqlamışdı.