Bu gün deputatlar toplanır: Parlamentin buraxılması müzakirə ediləcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyinə cəmi bir - parlamentin buraxılması ilə bağlı məsələ - daxildir.

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında partiyanı Milli Məclisdə təmsil edən deputatlara parlamentin buraxılması təşəbbüsü ilə çıxış etmək tövsiyə olunub.