Fazil Mustafa: "Artıq problemlərin həlli küçədə olmayacaq"

Milli Məclisin bu gün keçirilən xesusi iclasında parlamentin buraxılması müzakirə edilib. 

Sherg.az-ın xəbərinə görə, Böyük Quruluş Partiyasının (BQP)  sədri Fazil Mustafa bildirib ki, bu təşəbbüs Azərbaycanın uğurudur:

“Çünki, Azərbaycanda çoxluğu təşkil edilən partiya parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış edir. Burada yeni islahatçı parlament təşəbbüsü var. Bu təşəbbüsün həm siyasi, həm də hüquqi ağırlığı mövcuddur. Ölkədə islahatların keçirildiyi vaxtda, parlamentin də yenilənməsinə ehtiyac var. Artıq problemlərin həlli küçədə olmayacaq. Müzakirələrin, siyasi proseslərin ağırlığı, episentri parlamentə keçəcək.  Müxalifət partiyaların da mövqeyi odur ki, yeni addım Azərbaycanın yeniləşməsi üçün yol açır. Bu cür qərarın alınması bizim tərəfimizdən də dəstəklənəcək”.