Spiker: "Mən inanmıram ki, kimsə belə bir arzuya düşsün"

“Deputatı seçici seçir. Deputat arzu istəklə seçilmir.  Görürəm ki, bəzi KİV-lərdə istiqaməti dəyişdirməyə çalışırlar. Bu, doğru deyil”.

Bu sözləri Milli Məclisdə parlamentin buraxılması ilə bağlı keçirilən xüsusi iclasda hakim Yeni Azərbaycan Partiyaslından (YAP) olan millət vəkili Siyavuş  Novruzov  deyib.

O, qeyd edib ki, dairənin seçiciləri kimi deputat görmək istədiklərini özləri seçməlidirlər:

“Kim seçkiyə getsə, daha çox səs toplayar?! Yoxsa arzu, istək bildirmək düzgün deyil. Seçici kimi seçəcək, o da olacaq”.

Spiker isə həmkarına bu cür reaksiya verib:

“Mən inanmıram ki, kimsə belə bir arzuya düşsün”.