"Faşist cəlladı, türk düşməni Njdenin xatirə lövhəsinin sökülməsi ciddi hadisədir"

“Rusiyanın Armavir vilayətində faşist cəlladı, türk düşməni Qaregin Njdenin xatirə lövhəsinin sökülməsinin ciddi hadisədir”.

Bunu Sherg.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. 

Ekspert bildirib ki, bu, həm də Prezident İlham Əliyevin möhkəm siyasi iradəsini və qətiyyətini bir daha təsdiq edir: 

“Njdenin xatirə lövhəsinin sölkülməsi Moskvanın Paşinyan hökumətinə olan qəzəbini nümayişkaranə şəkildə ortaya qoydu. Getdikcə dərinləşən Rusiya-Azərbaycan münasibətləri fonunda Ermənistanın regional təcridinin sürətlənməsi qaçılmazdır”.