“Regionlarda yaşayan gənc qızların sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlı layihə yekunlaşıb


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin həyata keçirdiyi “Regionlarda yaşayan gənc qızların sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlı layihə başa çatdı

Layihə Göygöl, Daşkəsən və Şəmkir rayonlarının kəndlərində yaşayan gənc qızların sahibkarlıq bacarıqlarını üzə çıxarılacağından, onların məşğulluğunun artırılması məqsədilə sahibkarlıq fəaliyyətlərinə dəstəkdən və onlara bacarıqlarına uyğun yaradılacaq bərabər imkanlardan bəhs edir. Əvvəlcə 13-15 noyabr 2019-cu il tarixlərində Göygöl, Daşkəsən və Şəmkir rayonlarında 90 qadın arasında biznes və sahibkarlığın nə olduğu ilə bağlı sorğu keçirildi və rəyləri alındı. Sorğu nəticəsində qızlarda daha çox şəxsi keyfiyyətlə, biznes qurmazdan əvvəl nəyə? necə? və nə? suallarına cavab almaq idi. Keçirilən sorğuların nəticəsi kimi, qadınlara 25-27 noyabr 2019-cu il tarixlərində tədbiri “Düşüncə Dizaynı” təlimi keçirildi. Qadınlar təlimlərdə çox fəal iştirak edirdilər. Təlimçi – ekspert Sara Rəcəbli biznesə başlamazdan əvvəl, düşüncəni və istədiyini başa düşmək lazım olduğunu bildirdi. Quracaqları bizneslərin, insanlar üçün nə qədər əhəmiyyətli və cəmiyyətə faydalı olmasından məlumat verdi. Azərbaycanda qadınların biznes açmaqlarından və bir-birlərinə dəstək olmasını vurğuladı. Göygöl rayonundan iştirak edənlərin arasında gənc qız Vüsalə Kamalovaya, gözəllik salonu açıb və ona lazım olan ləvazimatlar təqdim edildi. Daşkəsən rayonunun Quşçu kəndində yeni fəaliyyətə başlayan Süleymanlı Samirə və Bəsti bacılarına gözəllik salonunda istifadə olunacaq ləvazimatlar təqdim edildi.  Həmin kənddə evində şirniyyat fəaliyyəti ilə məşğul olan Süleymanova Tünzaləyə tava dəstləri və nəqqaşlar təqdim olundu. Şəmkir rayonunda evində şirniyyat sahəsində fəaliyyət göstərən Günay Abdullayevaya da ehtiyyacı olan ləvazimatlar təqdim olundu. Həmin rayonda fəaliyyət göstərən gənc rəssam xanım Əliyeva Lamiyəyə rəsm ləvazimatları təqdim olundu.

Qeyd edək ki, artıq respublikada sahibkarlığın inkişafına yönəldilmiş dövlət tədbirləri nəticəsində münbit sahibkarlıq mühiti formalaşır və bu mühit qadın iştirakçılığının artırılmasına xüsusi diqqət ayırılır. Qadın sahibkarların “Yoxsulluğun Azaldılması üzrə Dövlət Proqramı”nda nəzərə tutulmuş məqsədlərə müvafiq olaraq məşğulluğun artırılması və iqtisadi inkişaf prosesində iştirak dərəcəsi getdikcə artır. Ölkəmizdə qadın sahibkarlığının inkişafında ciddi irəliləyişə baxmayaraq, gender bərabərliyinin inkişafını ləngidən bir sıra çətinliklər mövcuddur. Regionlarda yaşayan qadın və qızların sahibkarlarlıq fəaliyyəti ilə məşğul olması üçün onlarla görüşlərin keçirilməsi və müzakirələrin aparılması vacibdir. Məhz bunun nəticəsində kənd yerlərində yaşayan qadınların iqtisadi və vətəndaş həyatındakı uğurlarına nail olmaq mümkündür. Onların bacarıqlarını üzə çıxarmaq, sahibkarlıq fəaliyyətlərinə cəlb edərək dəstək vermək qazanılan uğurun başlanğıcı deməkdir. Layihənin əsas məqsədi – kənd yerlərində yaşayan qadın və qızların bacarıqlarının üzə çıxarılması və onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasıdır. Layihədə 90 qadın iştirak edirdi. Onlardan sorğu nəticəsində 6 qadına işlərini genişləndirmək üçün – 2 qadın şirniyyat sahəsində, 3 qadın isə gözəllik xidmətləri, 1 qadın – təsviri incəsənət sahələrində kiçik ləvazimatlar əldə etdilər. Belə layihələr vasitəsilə qadınlar bir-birlərinə dəstək olurlar və bu böyük biznes şəbəkəsi yaradırlar. Bütün iştirakçılara hədiyyələr və sertifikatlar təqdim edildi.

Layihə Göygöl, Daşkəsən və Şəmkir rayonlarında həyata keçirildi.