Madonnanın vəziyyəti pisləşdi: Konsertləri təxirə salındı

Dünya şöhrətli məşhur pop ulduz Madonnanın səhhətində problem yaranıb.

Oxu.Az xəbər verir ki, vəziyyəti pisləşən müğənni Bostonda nəzərdə tutulan üç konsertini təxirə salıb.

61 yaşlı Madonna səhhətinin yaxşı olmadığını, ağrılarının dayanılmaz olduğunu bildirib:

“Ağrılarım dözülməzdir. Bu səbəbdən istirahətə ehtiyacım var. Həkimim də bunu tövsiyə edir”.

Madonna hansı xəstəlikdən əziyyət çəkdiyini qeyd etməyib.