Xaricdə yaşayan azərbaycanlılara ŞAD XƏBƏR: Qanun hazırlanır

"Xaricdə yaşayan soydaşlar və diaspora təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanır". Sherg.az-ın xəbərinə görə, bu haqda Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib.

Deputat bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspora təmsilçiləri belə qanunu çoxdan  və səbrsizliklə gözləyirlər:

“Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək. Yenidən formalaşacaq parlamentin ilk qəbul etdiyi qanunlardan biri də məhz bu olacaq".