"TANAP Azərbaycanın mühüm enerji idxalçısı kimi artan rolunu daha da möhkəmlədəcək"

“TANAP qaz kəmərinin açılışı ölkəmizlə yanaşı eyni zamanda qardaş Türkiyə üçün də mühüm tarixi əhəmiyyətə malikdir”.

Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin gənc eksperti Kənan Paşayev deyib. 

Analitik bildirib ki, Azərbaycan mühüm enerji idxalçısı kimi artan rolunu daha da möhkəmlədəcək: 

“Qaz kəmərinin açılışından sonra Azərbaycan və Türkiyənin Avropanın enerji təhlükəsizliyi məsələsində rolu əhəmiyyətli dərəcədə artacaq. Ölkəmiz dünya bazarlarında mühüm enerji idxalçısı kimi artan rolunu daha da möhkəmlədəcək.

Bundan əlavə Avropaya qaz satışının başlanması il ərzində dövlət büdcəmizə yüz milyonlarla dollar vəsait axınını təmin edəcək. Bu həm də dünya birjasında Azərbaycan manatının möhkəmlənməsi üçün xüsusi əhəmiyyətə malikdir”.