Azərbaycanlılar Rusiyaya ən çox gedən turistlər arasında ilk dördlükdədir

“TourStat” portalı 2019-cu ilin doqquz ayı ərzində Rusiyaya səyahət edən turistlərin gəldikləri ölkələrin statistikasını açıqlayıb.

Azərbaycan Rusiyaya gedən turistlərə görə statistikada dördüncü yerdədir.

İlk üç yeri isə Almaniya, İtaliya və Fransa paylaşıb.

Ötən il sayları 19 min olan azərbaycanlı turistlərin sayı bu il 684 minə qədər artıb.