Türkiyədə azərbaycanlıların unikal üsulla oğurluğu: Barkodu alüminium falqaya bükdülər

Türkiyənin Samsun şəhərində azərbaycanlılar mağazalardan oğurluq edib.

Oxu.Az-ın xəbərinə görə, 17 mağazadan oğurluq edən beşi qadın olmaqla, yeddi şəxs polis nəzarətinə götürülüb.

Onlar L.Laləzar, L.Bayram, H.Tamella, A.Kəmalə, A.Gülər, Y.Nazim və adı açıqlanmayan biri olub.

Cinayətkarlar oğurladıqları məhsulların barkod hissəsini alüminium falqaya bükdükləri üçün, nəzarət cihazından asanlıqla keçə biliblər.

Polis onların oğurladıqları məhsulları özlərinə məxsus avtomobildə aşkar edib.

Saxlanılanlardan üçü - H.Tamella, A.Kəmalə  və A.Gülər barəsində həbs qərarı çıxarılıb, digər dördü isə sərbəst buraxılıb.