Vaşinqton Yaxın Şərqdə hərbi gücünü artırır: Əlavə 14 min əsgər, 12 hərbi gəmi...


Vaşinqton İrana qarşı 14 min əlavə əsgər göndərməyi nəzərdən keçirir.
Amerika Administrasiyası Yaxın Şərqdə öz hərbi mövudluğunu gücləndirməyi nəzərdən keçirir.

«Sherg.az» « lefigaro.fr»ə istinadən xəbər verir ki,  bu barədə « le Wall Street Journal »yazıb. Yazıda qeyd olunur ki, ABŞ Yaxın Şərqdə hərbi güclərini ikiqat artırmağı planlaşdırır. Məqsəd isə İranın təhdidlərinin qarşısını almaqdır.

Bu məqsədlə regiona əlavə 14 min əsgər göndəriləcək. Nəticədə Yaxın Şərqdəki amerikan əsgərlərin sayı 28 minə çatacaq. Amerika bunu  regionda təhlükəsizliyi təmin etmək məqsədilə həyata keçirir. 

Eyni zamanda Pentaqon bundan başqa 12 ədəd də hərbi gəmi göndərməyi düşünür.