ABŞ əsgərlərinin Suriyadan çəkilmə prosesi başa çatdı

ABŞ qoşunlarının Suriyanın şimal-şərqindən çəkilməsi və dislokasiyası prosesini başa çatdırdı.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Müdafiə naziri Mark Esper deyib.

Nazir Suriyada 600 nəfər ABŞ hərbçisinin qalacağını, lakin zərurət yaranarsa bu sayın artırılacağını söyləyib. Pentaqon rəhbəri Avropadan olan müttəfiqlərin bölgəyə öz hərbçilərini göndərəcəyi təqdirdə ABŞ hərbçilərinin Suriyadakı sayının azaldıla biləcəyini də istisna etməyib:

“Əgər NATO-ya üzv olan müttəfiq ölkə 50 hərbçi göndərsə, mən daha 50 əsgəri bölgədən çıxara bilərəm”.