Ali Məhkəmə seksual manyakla bağlı qərar verdi

Ali Məhkəmədə azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən R.S.-nin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, R.S.-nin kassasiya şikayəti təmin edilməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.S. 2 il 2 ay 28 gün azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də onun şikayətini təmin etməyib. 

İttihama görə, R.S. azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Uşağın valideynləri hadisədən xəbər tutub. Şikayət əsasında R.S. saxlanılıb.