Bakıda evdən 11 min manatlıq oğurluq edildi

Bakıda ev qarət edilib.

Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Vunq-Ta küçəsi, ev 11, mənzil 73-də yaşayan 1964-cü il təvəllüdlü Ağasıyev Ağası Məhəmməd oğlunun evindən oğurluq olub.

O, polisə müraciət edərək bildirib ki, dekabrın 4-dü saat 10:30-dan 13:30-dək olan müddət ərzində yaşadığı mənzilin taxta qapısını sıxıb açmaqla 11400 manat pul naməlum şəxs tərəfindən oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.