Zəhərlənən tələbə qızlar evə buraxıldı

Bakıda kirayə mənzildə zəhərlənən tələbələr evə buraxılıb.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Dekabrın 3-də Yasamal rayonu, Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası Qastroenterit (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılan iki tələbə qızın müalicəsi başa çatıb.

Qeyd edək ki, halı pisləşən tələbələr 1999-cu il təvəllüdlü Ramazanova Məryəm Feyzulla qızı və 1999-cu il təvəllüdlü Məmmədova Aygün Xəlil qızı olub.