“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

2019-2020-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək. Bu barədə Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Təhsil Nazirliyindən bildiriblər ki, əmrə əsasən, “Ədəbiyyat biliciləri” müsabiqəsində ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı nəzərdə tutulur.

“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsidir.