Çavuşoğlu Qarabağdan danışdı: "...Nizamlanmalıdır"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Oxu.Az-ın xəbərinə görə, M.Çavuşoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları çərçivəsində nizamlanmalıdır.

O, Dağlıq Qarabağ konflikti və digər dondurulmuş münaqişələrin həll olunmamış qaldığını vurğulayıb.