Pəncərə milləri kişini yanmaqdan xilas etdi - FOTOLAR

Türkiyənin İstanbul şəhərində pəncərə milləri xarici vətəndaşın həyatını xilas edib.

“CNNTürk”ün xəbərinə görə, Bəyoğluda xarici vətəndaşın qaldığı binanın damında başlayan yanğın nəticəsində ev tüstüyə bürünüb.

O, tüstüdən qorunmaq üçün pəncərə millərindən tutaraq binadan çıxa bilib.

Qonşu binada yaşayan qadın isə tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.